Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistandakı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İranın səfiri Abbas Zöhuri ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Nazir Ermənistan-İran əlaqələrinin möhkəmlənməsinə və əməkdaşlığın səmərəliliyinin artırılmasına görə səfirə təşəkkür edib", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, İran səfiri bu gün Ermənistanın diasporla iş üzrə baş komissarı Zare Sinanyanla da görüş keçirmişdi.