"Ermənistan və Rusiya liderlərinin Soçi görüşündə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası müzakirə edilib".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan deyib.
“Rusiyanın iştirakı ilə aparılan danışıqlarda bizim daim səsləndirdiyimiz şeylər - məhz Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanmış sənədlərdə, xüsusən də 9 noyabr 2020-ci il tarixli bəyanatda əksini tapan tələblərin yerinə yetirilməsi vacib idi”, - o qeyd edib.