Qazaxıstanın Astana şəhərində Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri bir araya gələcək.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
Görüşün 20-21 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.
Geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq görüş çərçivəsində Suriya məsələsi ətrafında fikir mübadiləsinin aparılması da gözlənilir.