Misirin xarici işlər naziri Semih Şükrü BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeir Pedersenlə telefon danışığı aparıb.
Modern.az Suriyanın rəsmi SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir XİN-in sözçüsü Ahmed Ebu Zeyd məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Suriyadakı böhranın həlli yolları müzakirə edilib.
"Suriyadakı böhranı çözmək və Suriya xalqının dərdlərini yüngülləşdirmək üçün mərhələli şəkildə müxtəlif tərəflərin ümumi müzakirə və təmaslarda müxtəlif mövqeləri arasındakı uçurumu qapatmaq üsulları müzakirə edilib", - Zeyd qeyd edib.
Həmçinin Suriya ilə bağlı Ərəb Nazirlər Komitəsi ilə BMT arasında koordinasiya yaratmağın da müzakirə olunduğunu vurğulayıb.