Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb.
Modern.az xəbər verir ki, baş nazir bu barədə tviter səhifəsində məlumat yayıb.
"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşməkdən məmnunluq duydum. Gürcüstanın Avropa İttifaqı istiqamətində addımlamasının həmişəki kimi qətiyyətli olmasını bir daha vurğuladıq. Ümid edirik ki, Avropa İttifaqı Şurası bu il Gürcüstana namizədlik statusu verən tarixi bir qərar alacaq. Gürcüstanın Avropa gələcəyinə verdiyiyi şəxsi dəstəyinə görə Mişelə təşəkkür etmək istərdim", - deyə o qeyd edib.
Delighted to meet w/@eucopresident. Outlined that ??'s ?? quest is firm as ever & we hope that the European Council will make another historic decision this year granting ?? candidate status to ??. Want to thank President Michel for his personal support to ??’s ?? future. pic.twitter.com/gt71LJEn9s
— Irakli Garibashvili (@GharibashviliGe) June 14, 2023