Modern.az

Rusiyada erməni dilinin tədrisi genişləndirilməlidir - NAZİR

Rusiyada erməni dilinin tədrisi genişləndirilməlidir - NAZİR

Dünya

14 İyun 2023, 17:12

Ermənistan və Rusiya arasında qarşılıqlı olaraq erməni və rus dillərinin tədrisinin genişləndirilməsi məsələsi müzakirə olunur.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.

 

"Xüsusilə, Rusiya məktəblərində erməni dilinin tədris edilməsi və erməni dilində təhsilin mümkünlüyü müzakirə mövzusudur. Artıq pedaqoqların hazırlanması və dərsliklərin tərtib olunması ilə bağlı inkişaf var. Ermənistan məktəblərində rus dilinin öyrənilməsinə gəlincə, bu sahədə keyfiyyət daimi olaraq artmaqdadır. Ermənistanda yaşayan ruslar doğma dillərində təhsil alırlar. 46 məktəbdə rusca təhsil olan siniflər var və bunlarda 6 min çox şagird oxuyur. Zərurət yaranarsa, belə siniflərin sayı artırıla bilər. Məsələn, bu yaxınlarda Vanadzorda olduğu kimi. İrəvan həmçinin rus məktəblərinin açılması məsələsi üzərində işləməyə hazırdır. Nümunə kimi Ermənistan-Çin məktəbinin praktikası götürülə bilər", - deyə nazir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI