Rusiya Federasiyasının prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Tsinpini 70 illik yubileyi münasibətilə təbrik edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin bu məqsədlə çinli həmkarına teleqram vurub.
“Rusiya və Çin xalqlarının rifahı naminə ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələlər üzrə konstruktiv dialoqumuzu və sıx birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - Rusiya prezidenti qeyd edib.
Xatırladaq ki, Si Tsinpin 1953-cü ilin iyunun 15-də anadan olub.