Modern.az

Səudiyyə XİN başçısı İrana gələcək - Bu tarixdə

Səudiyyə XİN başçısı İrana gələcək - Bu tarixdə

Dünya

15 İyun 2023, 11:44

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal Bin Fərhan iyunun 17-də İranın paytaxtı Tehrana səfər edəcək və burada bir sıra rəsmilərlə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra yaranan gərginlik zamanı kəsilib.

 

Martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə görüşən iki ölkə nümayəndələri 7 ildən sonra iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və səudiyyəli həmkarı Faysal bin Fərhan da aprelin 6-da Pekində görüşüb və iki ölkənin səfirliklərinin açılması, iki ölkə arasında uçuşların bərpası və vizaların sadələşdirilməsi barədə razılığa gəliblər.

 

İran xarici işlər nazirinin müavini Əli Rza Enayetinin mayın 23-də Ər-Riyad səfiri təyin edildiyini, İranın Ər-Riyaddakı səfirliyinin iyunun 6-da, Ciddə konsulluğunun isə iyunun 8-də yenidən fəaliyyətə başladığını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi