Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan "Sputnik Armenia"ya bildirib.
Qeyd olunub ki, Aşotyan Ermənistan İstintaq Komitəsinə aparılıb.
Məlumata görə, müxalifətçi təhsil naziri olarkən tibb universiteti üçün alış-veriş zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.
Xatırladaq ki, Ermənistan Respublika Partiyasına ölkənin eks-prezidenti Serj Sarkisyan sədrlik edir.