Gürcüstan prezidenti Salome Zurabişvili hər an Ukraynaya getməyə hazır olduğunu bildirib.
Modern.az xəbər verir ki, Zurabişvili bunu "Ukrainska Pravda"ya müsahibəsində deyib.
"Lakin heç vaxt Kiyevdən dəvət almamışam", - o əlavə edib.
"Bu, şəxsi məsələ deyil. Düşünürəm ki, bu, hakimiyyət dairələri arasında indiki mərhələdə tamamilə qeyri-qənaətbəxş münasibətlər kimi təsvir edəcəyimiz haldır", - Gürcüstan prezidenti vurğulayıb.
Zurabişvili eyni zamanda qeyd edib ki, bir sıra məsələlərdə onun mövqeyi Gürcüstan hökumətinin mövqeyindən fərqlənir.
“Hesab edirəm ki, ən azı Gürcüstan hakimiyyətinin bəyanatları ilə bugünkündən qat-qat artıq təmsil etdiyim xalqın iradəsi arasında aydın məsafə, deyərdim ki, getdikcə artır”, - o söyləyib.