Modern.az

İsveçrə səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

İsveçrə səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

Dünya

15 İyun 2023, 16:10

İsveçrənin Ankaradakı səfiri Jan Daniel Rux Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Səfirin nazirliyə çağırılmasına səbəb ötən gün İsveçrənin Sürix şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərinin yandırılması və ona qarşı təhqiramiz ifadələrin işlədilməsi olub.

 

Xoşagəlməz hadisə ilə bağlı diplomata XİN-in etirazı çatdırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi