Modern.az

BRICS-ə qoşulmaq istəyən ölkələrin sayı 20-yə çatır - Rusiya XİN

BRICS-ə qoşulmaq istəyən ölkələrin sayı 20-yə çatır - Rusiya XİN

Dünya

15 İyun 2023, 16:46

"BRICS-ə qoşulmaq istəyən ölkələrin sayı 20-yə çatır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

Onun sözlərinə görə, Banqladeş, Venesuela, Qabon, Konqo Demokratik Respublikası, İndoneziya, İran, Komor Adaları İttifaqı, Kuba, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı belə niyyətlərini açıq şəkildə bəyan ediblər.

 

Xatırladaq ki dünən Misir BRICS-ə qoşulmaq üçün rəsmi müraciət edib. Bu barədə Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko məlumat verib. Bundan əvvəl 2022-ci ildə Argentina, İran və Əlcəzair də müraciət etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI