Modern.az

İsrail İranla Rusiyanın əlaqələrindən narahatdır

İsrail İranla Rusiyanın əlaqələrindən narahatdır

Dünya

15 İyun 2023, 22:18

İsrail hökuməti Moskvanın Tehrandan silah sistemləri almasından narahatdır.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin (parlament) Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında bildirib.

 

O qeyd edib ki, Ukrayna ətrafında baş verən hadisələr fonunda İsrail və Rusiya “sakit dialoq”u davam etdirir, tərəflər hazırkı vəziyyəti açıq şəkildə müzakirə edirlər.

 

Netanyahu əlavə edib ki, hökumət ənənəvi kursu davam etdirir, İsrail Kiyevə humanitar yardım edir, lakin silah verməkdən çəkinir.

 

Yerli mətbuat yazır ki, Moskva İsrailin Ukraynaya yardımı artırmasından, İsrail isə Rusiya Federasiyası ilə İran arasında əməkdaşlığın güclənməsindən narahat olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi