Sakit okeanın cənubunda yerləşən Tonqa yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Tonqadan təxminən 280 kilometr cənub-qərbdə, 167,4 kilometr dərinlikdə yerləşib.
ABŞ-ın Qərb Sahili, Britaniya Kolumbiyası və ya Alyaska üçün sunami təhlükəsinin olmadığı bildirilir.