Modern.az

Dünyanın ən böyük və ən ağır böyrək daşı 

Dünyanın ən böyük və ən ağır böyrək daşı 

Dünya

16 İyun 2023, 00:50

Şri-Lankanda dünyanın ən böyük və ən ağır böyrək daşı aşkar edilib.

 

Modern.az xəbər verir ki, böyrək daşı Ginnesin Rekordlar Kitabına düşüb.

 

62 yaşlı keçmiş hərbçi qarın ağrısı səbəbiylə Kolombo Hərbi Xəstəxanasına müraciət edib. Böyrəyində daş aşkarlanan şəxs iyunun 1-də əməliyyat olunub.

 

Daşın uzunluğu 13,3 santimetr, eni 10,5 santimetr və çəkisi 801 qramdır. Böyrək daşları Ginnesin Rekordlar Kitabına iki ayrı kateqoriyada daxil olub: "dünyanın ən böyük daşı" və "dünyanın ən ağır böyrək daşı".

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi