Modern.az

Rusiyadan titan asılılığını aradan qaldıracağıq - Makron

Rusiyadan titan asılılığını aradan qaldıracağıq - Makron

Dünya

16 İyun 2023, 13:54

Fransa hələ də titan tədarükü üçün Rusiyadan asılıdır, lakin bu problemi bir neçə ay ərzində həll etmək niyyətindəyik”.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

 

2022-ci ilin fevral ayına olan məlumata görə, Rusiya "VSMPO-Avisma Airbus"un titan ehtiyacının 60%-ə qədərini təmin edib.

 

Bu metal sanksiyalara məruz qalmayıb, lakin "Airbus" 2022-ci ilin dekabrında bir neçə ay ərzində alışı dayandıracağını açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI