Modern.az

Rusiya Zaporojye AES-i vurmaq istəyir - Zelenski

Rusiya Zaporojye AES-i vurmaq istəyir - Zelenski

Dünya

16 İyun 2023, 16:26

Rusiya Ukraynada sabitliyi pozmaq üçün Zaporojye atom elektrik stansiyasını partlatmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bunu  Amerikanın NBC News telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

Zelenski Rusiyanın dünyanın Kiyevə təzyiq göstərməsində maraqlı olduğunu qeyd edib: "Bununla da Rusiya “münaqişənin dayandırılmasını gözləyir".

 

"Qərbin texnikasını hissə-hissə Ukraynaya verməsi yalnız müharibənin müddətini uzadır. Hazırda tərəfdaşlarımızın balansında olan hərbi texnika bizə kütləvi şəkildə təhvil verilsə, qalib gəlmək ehtimalımız daha yüksəkdir", - deyə prezident bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi