Modern.az

Rusiya müdafiə xərclərini buna görə artırmalı olub - PUTİN

Rusiya müdafiə xərclərini buna görə artırmalı olub - PUTİN

Dünya

16 İyun 2023, 17:04

Rusiya müdafiə xərclərini artırmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Bütövlükdə Rusiyanın dövlət maliyyəsi balanslaşdırılıb, lakin təhlükəsizliyi gücləndirmək üçün müdafiəyə daha çox pul xərcləməli olduq", - Putin bildirib.

 

O qeyd edib ki, Rusiya Federasiyası öz suverenliyini qorumaq üçün müdafiə xərclərini artırmağa məcbur qalıb.

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Rusiya 2022-ci ildə “milli müdafiə” üçün əvvəllər nəzərdə tutulandan 34% çox pul xərcləyib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi