İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələm Əl-Hadi türklər və monqolları İranın çoxəsrlik düşmənləri adlandırıb.
Modern.az xəbər verir ki, bu barədə o, Venesuelada yerli telekanallardan birinə müsahibəsində deyib.
"Tarix boyu bu ölkələr İrana hücum edib", - deyə İranın birinci xanımı bildirib.
Cəmilə Ələm Əl-Hadinin sözləri sosial şəbəkələrdə geniş əks-sədaya səbəb olub.