Türkiyənin milli müdafiə naziri Yaşar Güler ABŞ-dan olan həmkarı Lloyd Ostinlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş hərbi alyansa üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı çərçivəsində NATO qərargahında baş tutub.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.