Modern.az

İsveçdən Ukraynaya yeni hərbi YARDIM 

İsveçdən Ukraynaya yeni hərbi YARDIM 

16 İyun 2023, 19:10

İsveç hökuməti Ukrayna üçün yeni hərbi yardım paketi elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, hərbi yardım paketinə ukraynalı pilotların İsveçin "JAS 39 Gripen" döyüş təyyarələrində təlim keçməsi daxildir.

 

Yardımın ümumi məbləği 230 milyon krondur. 

 

Bundan əlavə, İsveç Böyük Britaniyanın Ukrayna üçün nəzərdə tutulan Beynəlxalq Fonduna 140 milyon kron ayırıb. Fondun vəsaiti Ukrayna üçün təlim və müdafiə ləvazimatlarının alınmasına istifadə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi