Modern.az

ABŞ Ukraynaya 205 milyon dollar verəcək 

ABŞ Ukraynaya 205 milyon dollar verəcək 

Dünya

16 İyun 2023, 20:12

ABŞ Ukraynaya əlavə olaraq 205 milyon dollar yardım edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

 

Onun sözlərinə görə, yeni yardım paketi “tezliklə” təqdim olunacaq.

 

"Yardım ərzaq, içməli su, təhsil proqramları, hüquqi və digər yardımların alınmasına yönəldiləcək",- Blinken deyib.

 

Yeni yardım paketi “regiondakı beynəlxalq və qeyri-hökumət tərəfdaşları” arasında bölüşdürüləcək. Bununla da 2023-cü maliyyə ilində Amerikanın humanitar yardımının ümumi məbləği 605 milyon dollara çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi