İyunun 16-da Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Afrika missiyasının nümayəndələri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.
Görüşdən sonra o, sülh danışıqlarının yalnız Rusiya qoşunlarını Ukraynadan çıxarmasından sonra mümkün olduğunu bildirib.
“Aydındır ki, Rusiya terrorunu dayandırmaq və rusların hamısını Ukrayna ərazisindən çıxarmaq bu müharibəni dayandıra bilər. Ukraynaya və dünyaya nə dondurulmuş münaqişələr, nə də qaynar müharibələr lazım deyil”, – Zelenski "Telegram"da yazıb.