Modern.az

Afrika ölkələrindən Ukrayna üçün 10 maddəlik sülh PLANI

Afrika ölkələrindən Ukrayna üçün 10 maddəlik sülh PLANI

17 İyun 2023, 00:11

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Afrika ölkələrinin sülh planını təqdim edib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, sülh planı 10 maddədən ibarətdir.

 

CAR prezidentinin sözlərinə görə, sözügedən maddələr aşağıdakılardır:

 

Münaqişə sülh yolu ilə həll edilməlidir;

Sülh danışıqları mümkün qədər tez başlamalıdır;

Hər iki tərəfdən deeskalasiya lazımdır;

Dövlətlərin və xalqların suverenliyi BMT Nizamnaməsinə uyğun olaraq təmin edilməlidir;

Bütün ölkələr üçün təhlükəsizlik zəmanətləri lazımdır;

Hər iki ölkədən taxıl və gübrələrin daşınması təmin edilməlidir;

Qurbanlara humanitar yardım göstərmək lazımdır;

Əsirlərin dəyişdirilməsi və uşaqların qaytarılması məsələsi həll edilməlidir;

Müharibədən sonrakı yenidənqurma təmin edilməlidir;

Afrika ölkələri ilə daha sıx əməkdaşlıq edilməlidir.

 

Qeyd edək ki, iyunun 16-da Afrikanın yeddi ölkəsindən ibarət nümayəndə heyəti Kiyevdə Zelenski ilə görüşüb.

 

Zelenski görüşdən sonra vurğulayıb ki, sülh danışıqları yalnız Rusiya qoşunlarını çıxardıqdan sonra mümkün olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi