Modern.az

Ermənistan Putinin əleyhinə olan sənədi təsdiqləyəcək 

Ermənistan Putinin əleyhinə olan sənədi təsdiqləyəcək 

17 İyun 2023, 00:55

Ermənistan hökuməti tezliklə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Armenpress"ə bildirilib.

 

Ermənistan 1999-cu ildə Roma Statutunu imzalasa da, onu ratifikasiya etməyib. 2022-ci ilin sonunda hökumət BCM-nin yurisdiksiyasının tanınması xahişi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib.

 

Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutundan irəli gələn öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyıb.

 

Xatırladaq ki, martın 17-də BCM-nin İstintaq Palatası uşaqların Ukrayna ərazisindən qanunsuz çıxarılması işi üzrə Rusiya prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Orderin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Aprelin 2-də Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan bildirib ki, Ermənistanın Vladimir Putini həbs etmək niyyəti yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi