Modern.az

Hamı öz sərhədinə qayıtsın - Rusiyalı rəsmilər

Hamı öz sərhədinə qayıtsın - Rusiyalı rəsmilər

17 İyun 2023, 10:11

Bəzi keçmiş və indiki Rusiya rəsmiləri öz ölkələrinin “ümumi tanınan” sərhədlərinə qayıtmağa çağıran açıq məktub imzalayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu məlumat verib.

 

Məlumata görə, rəsmilər müraciətə səbəb kimi Xerson vilayətində Kaxovka su anbarının dağıdılmasını göstəriblər.

 

Sənədi Moskva, Sankt-Peterburq, eləcə də Moskva və Leninqrad vilayətlərinin yerli hakimiyyət orqanlarının nümayəndələri imzalayıblar.

 

Məktubda qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin 2022-ci il fevralın 24-dən sonrakı hərəkətləri fəlakətli hadisələrə səbəb olub. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu