Modern.az

Saxta içkidən ölənlərin sayı 36-ya çatdı

Saxta içkidən ölənlərin sayı 36-ya çatdı

Dünya

17 İyun 2023, 09:50

Rusiyada saxta içkidən zəhərlənən şəxslərin ümumi sayı 106 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Mixail Muraşko bildirib.

 

Məlumata görə, 36 nəfər ölüb, onlardan biri azyaşlıdır. Ümumilikdə zəhərlənəndən beşi uşaqdır.

 

İyunun əvvəlində Samarada yerləşən "Andi" MMC-nin hazırladığı "Mister Sider" içkisini içən insanlar xəstəxanalara müraciət ediblər. Surroqat içkinin istehsalında polis anbarından oğurlanmış metil spirtindən istifadə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi