Modern.az

Ən çox hansı filmlərə təlabat var - Maraqlı faktlar

Ən çox hansı filmlərə təlabat var - Maraqlı faktlar

Dünya

19 İyun 2023, 09:40

Film dünyanın ən vacib əyləncə vasitələrindən biri hesab olunur. Milyonlarla insanın marağı nəzərə alınaraq yeni filmlər çəkilir ki, bunlar da müxtəlif janrları əhatə edir. 

 

Bəs ən məşhur və tələbat olan janrlar hansılardır? 

 

Modern.az dövrümüzün məşhur film janrları ilə bağlı məlumatları oxuculara təqdim edir:

 

 

Elmi fantastika

 

İlk nümunələri Böyük Britaniya və ABŞ-da yayımlanan elmi fantastika filmləri yadplanetlilər, elm adamları, ufolar kimi mövzulardan bəhs edir. Son illər ərzində yayımlanan elmi fantastika filmlərində paralel kainat və texnologiya kimi mövzular da geniş yer alır.

 

 

Qorxu filmləri

 

Adından da göründüyü kimi, bu cür filmlər tamaşaçılara həyəcanlı anlar yaşatmaq üçün lentə alınır. Canavarlar, vampirlər, kabus və zombilər qorxu filmlərinin əsas personajlarıdır. Belə filmlərdə ruh, cin kimi gözəgörünməz varlıqlara da üstünlük verilir.

 

 

Detektiv

 

Aksiyon filmlərinin alt qolu hesab edilən detektiv filmlərində əsasən cinayət təqibi və polisin keçirdiyi fantastik əməliyyatları canlandırılır. Hazırda bu cür ekran işinə böyük maraq var. 

 

Lakin bəzi janrlar da var ki, dövrümüzdə daha çox baxılır və tələb olunur. Belə filmləri aşağıdakı kimi sıralamaq olar:

 

 

Dram

 

Sevgi, həsrət, ayrılıq mövzularından bəhs edən filmlərdə pafos daha qabarıq formada önə çəkilir. Maraqlıdır ki, sevgi filmləri daha çox Türkiyədə populyardır və buna xüsusilə tələbat var.

 

 

Komediya 

 

İnsanları güldürmək üçün çəkilən filmlər yumoristik əsərlər üzərində canlandırılır. Ağ-qara komediya, ailə komediyası, fantastik komediya və absurd komediya kimi janrlara böyük təlabat var.

 

 

Animasiya 

 

Cizgi filmləri həm uşaqlar, həm də böyüklər üçün baxımlı ekran işi hesab olunur. XXI əsrin əvvəllərində kino sənayesində öz yerini tutan cizgi filmlərinin yüzlərlə nümunəsi var. Növbəti dövrdə animasiya filmlərinin sayının artacağı istisna edilmir. Animasiyalar həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla qarşılanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu