Modern.az

Türkiyə müdafiə nazirindən NATO müttəfiqlərinə tənqid

Türkiyə müdafiə nazirindən NATO müttəfiqlərinə tənqid

17 İyun 2023, 13:22

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​NATO ölkələrinin müdafiə nazirlərinin iştirakı ilə keçirilən görüşdən sonra  jurnalistlərə açıqlamalar verib.

 

Modern.az xəbər verir ki,  müdafiə naziri İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin şərtlərininin bir daha diqqətə çatdırıldığını bildirib.

 

“İkitərəfli görüşlərimizdə müttəfiqlərimizə bəyan etdik ki, NATO-nun “açıq qapı siyasəti”ni dəstəkləyirik və İsveç üçlü Memorandumda qeyd olunan öhdəlikləri konkret şəkildə yerinə yetirərsə, Finlandiya kimi NATO üzvü ola bilər”,- o deyib.

 

Gülər Türkiyənin terror təşkilatları ilə sona qədər mübarizə aparmaq əzmində olduğunu vurğulayıb:

 

"PKK/YPG/PYD, FETÖ, İŞİD, Əl-Qaidə və digər bütün terror təşkilatlarına qarşı sona qədər mübarizə aparmaq əzmində olduğumuzu vurğuladıq. Bu mövzuda bütün müttəfiqlərimizdən tam dəstək gözlədiyimizi bildirdi”.

 

Türkiyənin NATO-ya ən çox töhfə verən ölkələr arasında olduğunu vurğulayan Gülər ​​sözlərini belə davam etdirib:

 

"Lakin bizim müttəfiqlərimiz tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmağımız heç vaxt qəbuledilməzdir. Bu məhdudiyyətlər təkcə ölkəmizin təhlükəsizliyinə deyil, həm də NATO-nun müttəfiqlər üçün potensial hədəflərinin yerinə yetirilməsinə, dolayısıyla NATO-nun təhlükəsizliyinə mənfi təsir göstərir".

 

Gülər taxıl daşınmalarının sürətli, planlı olaraq davam etdirilməsinin vacibliyini vurğuladıqlarını qeyd edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi