İran və Misir təhlükəsizlik sahəsində əlaqələrin bərpası və koordinasiya komitəsinin yaradılması haqqında ilkin razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə "Mehr" nəşri məlumat yayıb.
Məlumata görə, Qahirə və Tehran arasında ikitərəfli münasibətlərin normallaşması yaxın zamanda baş verə bilər.
Razılaşma ilə bağlı isə hələlik təfərrüatlar bəlli deyil.