Modern.az

"Kaxovka" su elektrik stansiyası necə dağıldı?

Dünya

17 İyun 2023, 22:22

"Kaxovka" su elektrik stansiyasındakı su bəndinin dağılması təsadüfi deyil, beton bünövrənin sıradan çıxması öz-özünə baş verməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti müxtəlif sübutlara, mühəndislik planlarına və ekspertlərlə müsahibələrə istinadən yazır.

 

Qeyd edilir ki, bəndin dağılmasının ən çox ehtimal olunan səbəbi onun daxildən partladılmasıdır.

 

Dnepr hövzəsi administrasiyasının keçmiş rəis müavini İqor Strelets bildirib ki, bəndin bünövrəsi demək olar ki, istənilən növ xarici hücuma tab gətirmək üçün nəzərdə tutulub. O, belə qənaətə gəlib ki, daxildə baş verən partlayış nəticəsində beton konstruksiyanın bir hissəsi dağılıb, daha sonra isə suyun gücü ilə digər hissələr qopub.

 

Mühəndislər həmçinin bildiriblər ki, dağılmaya səbəb olan hadisələrin dəqiq ardıcıllığı yalnız su anbarından boşaldıqdan sonra bəndin tam yoxlanılması ilə müəyyən edilə bilər.

 

Qeyd edək ki, Ukrayna insidentin Rusiya hərbçiləri tərəfindən həyata keçirilən partlayış nəticəsində baş verdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi