Modern.az

Trotskinin nəvəsi vəfat etdi 

Trotskinin nəvəsi vəfat etdi 

17 İyun 2023, 23:50

Məşhur inqilabçı Leon Trotskinin nəvəsi Esteban Volkov Bronşteyn vəfat edib.

 

Modern.az "La Jornada"ya istinadən xəbər verir ki, o, ötən gecə 97 yaşında Meksikada dünyanı dəyişib.

 

Yaltada (digər mənbələrə görə, Moskvada) anadan olan Vsevolod Volkov 13 yaşında Avropadan Meksikaya gəlib.

 

Volkov Bronşteyn babasını ilk dəfə Türkiyədə mühacirətdə yaşayarkən gördüyünü söyləmişdi.

 

Trotskiyə qarşı sui-qəsd cəhdlərinin birində 14 yaşlı Vsevolod Volkov ayağından yaralanmışdı. 1990-cı ildə Esteban Volkov Bronşteyn Meksikada babasının evində muzey açıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi