Modern.az

Sudanda döyüşlər davam edir - Daha 22 nəfər öldü

Sudanda döyüşlər davam edir - Daha 22 nəfər öldü

18 İyun 2023, 00:20

Sudanın müxtəlif bölgələrində ordu ilə yarımhərbi Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalarda daha 22 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, tərəflər bir-birini təyyarə və artilleriya ilə hədəfə alır.

 

Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, paytaxtın cənubunda orduya aid hərbi obyektlərin yerləşdiyi Yermuk rayonuna hava hücumu nəticəsində 5-i uşaq olmaqla 17 nəfər ölüb. Hücum zamanı 25 ev dağılıb.

 

Sudandakı toqquşma üçüncü ayına qədəm qoyur, qarşıdurmalarda minə yaxın insan həyatını itirib, 5 minə yaxın insan isə yaralanıb.

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, atəşkəs qərarlarına baxmayaraq, 9 milyon insanın humanitar yardıma ehtiyacı var, 2 milyon 200 min insan didərgin düşüb, yarım milyondan çox sudanlı qonşu ölkələrə köçüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi