İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud arasında görüş keçirilib.
Modern.az "Tasnim"ə istinadən xəbər verir ki, görüş Tehranda baş tutub.
Abdullahian görüşdən sonra deyib ki, bugünkü danışıqlarda əldə olunmuş razılıqlar ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək.
“Biz iqtisadi, ticarət və investisiya məsələlərində dayanıqlı əməkdaşlığa diqqət yetirmişik”, - deyə o bildirib.