Fransada 5,2-5,8 bal gücündə zəlzələ baş verib.
Modern.az Fransa mediasına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yüzlərlə bina yaşayış üçün yararsız hala düşüb, 2 nəfər xəsarət alıb.
Des Sevr şəhərində Sahilyanı Şaranta bölgəsinin xüsusilə zərər çəkdiyi bildirilib. Zəlzələ səbəbindən 170-ə yaxın insan təxliyə edilib. Yaşayış binaları, məktəb və kilsələrə ziyan dəyib.
Qeyd edək ki, Fransada maqnitudası beşdən çox olan zəlzələlər nadir hallarda olub. Bu tip sonuncu zəlzələ 2019-cu ilin noyabrında baş verib.