Türkiyənin Malatya vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri Pütürge rayonunda yerləşib.
Yeraltı təkanların ocağı 7,06 kilometr dərinlikdə olub.