Avropa İttifaqı Ukraynaya silah tədarükünü sürətləndirəcək.
Modern.az xəbər verir ki, bunu Aİ-nin sənaye üzrə rəsmisi Tierri Breton Fransanın "Le Parisien" qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Aİ Ukraynanın Rusiya qoşunlarına qarşı əks hücumuna dəstək verir.
“Biz silah və sursat tədarükü üçün səylərimizi gücləndirmək niyyətindəyik. Bu müharibə yüksək intensivliyə malikdir və onlar həlledici rol oynayırlar”, - Breton vurğulayıb.
Breton bildirib ki, müharibənin daha bir neçə ay və ya daha çox davam etməsinə hazırlıq gedir.