Modern.az

Qətər və BƏƏ diplomatik əlaqələri bərpa edir

Qətər və BƏƏ diplomatik əlaqələri bərpa edir

Dünya

19 İyun 2023, 12:12

Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatik nümayəndəlikləri bu gündən fəaliyyətə başlayır.


Modern.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin saytında yayılan press-relizdə deyilir.

 

Məlumata görə, nümayəndəliklər həm diplomatik münasibətlərin bərpasını alqışlayıblar, həm də iki ölkə arasında qardaşlıq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın yaxşılaşdırılması imkanlarını müzakirə ediblər.

 

Qeyd edək ki, BƏƏ Qətərlə diplomatik əlaqələri 2017-ci ilin iyununda kəsib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu