Modern.az

Ermənistan parlamenti Gürcüstanla sazişi TƏSDİQLƏDİ

Ermənistan parlamenti Gürcüstanla sazişi TƏSDİQLƏDİ

Dünya

19 İyun 2023, 12:04

Ermənistan parlamentinin müvafiq komissiyası sərhədlərin qarşılıqlı keçidi haqqında saziş layihəsini təsdiqləyib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, söhbət sərhədin şəxsiyyət vəsiqəsi ilə keçilməsini nəzərdə tutan sazişdən gedir.

 

Hakim partiyadan olan deputat Qurgen Arsenyan bildirib ki, Ermənistan qonşuları ilə effektiv dinc yanaşı yaşama sxemi qura bilər və qurmalıdır.

 

"Bu nöqteyi-nəzərdən Gürcüstanla münasibətlər ən yaxşı “pilot layihə”yə çevrilə bilər və biz digər qonşularla belə bir rejimə can atmalıyıq", - deyə o vurğulayıb.

 

Gürcüstan parlamenti artıq müqavilə layihəsini qəbul edib. Saziş ölkə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI