"Azərbaycanla delimitasiya prosesi ilə bağlı xəritələr üzrə hələ də razılıq yoxdur".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan brifinqdə bildirib.
O qeyd edib ki, İrəvan və Bakı arasında bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyasının hansı ilin xərtiəsi əsasında aparılmalı olduğu hələ razılaşdırılmayıb.
"Tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir", - deyə o, fikrini yekunlaşdırıb.