Hindistan vətəndaşı İrəvanda həmyerliləri ilə dava zamanı öldürülüb.
Modern.az "Shamshyan.com" saytına istinadən xəbər verir ki, ölən şəxs 24 yaşlı A.Suradidir.
Digər Hindistan vətəndaşı, 31 yaşlı M.Lindon da döş qəfəsindən bıçaq yarası və kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
Daha bir neçə hindistanlı hadisə yerinə gələn polis tərəfindən zərərsiz hala gətirilib və cinayət işi başlanıb.