Banqladeş BRICS qrupuna qoşulmaq üçün rəsmi müraciət edib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Məsud Bin Momen Dhaka bildirib.
Məlumata görə, Banqladeşin assosiasiyaya daxil olması məsələsinə avqustun 22-dən 24-dək Yohannesburqda keçiriləcək BRICS-in qarşıdan gələn sammitində baxıla bilər.
Qeyd edək ki, BRICS Braziliya Rusiya, Hindistan, Çin və CAR-dan ibarət olan ölkələr qrupudur. 2011-ci ilə qədər BRIC abreviaturasından istifadə edən qrup həmin il CAR-ın da daxil olması ilə BRICS-ə çevrilib. Bir neçə gün əvvəl də Misir də qrupa qoşulmaq üçün rəsmi müraciət ünvanlayıb.