Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belarusa səfər edəcək.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iyunun 19-20-də baş tutacaq.
Belə ki, o, Minskdə keçiriləcək KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.