Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, insan haqlarının pozulması ilə əlaqədar tətbiq edilən sanksiyalar bu dəfə hakimləri də əhatə edib.
Məlumata görə, ədalət sistemində, insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında rol oynadıqlarına görə, İranın 7 hakimi "qara siyahı"ya salınıb.