"Nikol Paşinyanın 44 günlük müharibəni araşdıran komissiyanın iclasında çıxışı zamanı 44 günlük müharibə ilə bağlı sensasion təfərrüatlar dinləniləcək".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
"Bəziləri gözlənilməz və maraqlı detallar eşidəcək. Başa düşdüyüm qədəri ilə baş nazir hər şeyi ətraflı şəkildə təqdim edəcək", - o əlavə edib.
Spiker onu da qeyd edib ki, müxalifətin son illər səsləndirdiyi və ya istifadə etmədiyi bütün ittihamlarla bağlı Paşinyana sual vermək imkanı var.