Türkiyənin Mersin şəhərinin Tarsus adlanan bölgəsində avtobus yük maşını ilə toqquşub.
Modern.az xəbər verir ki, qəzadan sonra avtobus yol kənarındakı qoşquya çırpılaraq dərəyə aşıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölən şəxsin avtobusun sürücüsü olduğu bildirilir.
Xəsarət alan TIR sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.