"KTMT ölkələri birlikdə olmalı və iqtisadiyyatda birgə fəaliyyət planı hazırlamalıdırlar".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT ölkələrinin xarici işlər nazirləri ilə görüşündə bildirib.
O deyib ki, nə qədər çətin olsa da, həll edilməli olan problemlər və vəzifələr var.
"Əgər Qərbdən olan “dost-məsləhətçilərimiz” bu problemlərin həllinə qarışsa, onda nəsə etmək xeyli çətinləşəcək", - Lukaşenko əlavə edib.
Belarus prezidenti xatırladıb ki, Qırğızıstan çoxdan Tacikistanla münaqişənin həllində kömək istəyir, Ermənistan da iddialarla çıxış edir: "Əgər onlar həll olunmasa, o zaman KTMT ölkələri həmişə bir-birini qınayacaq, təşkilatın işindən narazılıqlarını bildirəcəklər".