Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının mavi kateqoriya üzrə axtarışda olan "rəhbər şəxs"lərindən biri - Rıdvan Uluqana zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.