Fransanın xarici işlər naziri Ketrin Kolonna Emmanuel Makronun avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRICS sammitinə dəvət olunmaq istədiyini təsdiq edib.
Modern.az xəbər verir ki, bu barədə "RFI" radiosu məlumat verib.
"Biz hər şeydən 100% razı olmasaq belə dialoqun həmişə müsbət olduğunu düşünürük. Bir-birimizi başa düşmək və həll yollarını tapmaq üçün danışmaq lazımdır",- deyə Ketrin Kolonna Cənubi Afrikada həmkarı Naledi Pandor ilə görüşü zamanı deyib.