Modern.az

Ukraynanın itkilər verəcəyini bilirdik - Pentaqon rəsmisi

Ukraynanın itkilər verəcəyini bilirdik - Pentaqon rəsmisi

Dünya

22 İyun 2023, 16:00

“Ukraynadakı hərbi əməliyyatlar Baxmutda gedən döyüşlər kimi uzanır”.

Modern.az xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinq deyib.

"Biz bilirik ki, döyüşlər çətin olacaq və vaxt aparacaq. Lakin əminik ki, ukraynalılar onlara lazım olan hər şeyə malikdirlər. Onların döyüş gücü və əks-hücum əməliyyatlarında uğur qazanmaq imkanı var", - ABŞ Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi vurğulayıb. 

Sinq ölkəsinin Kiyevə yardım hesablamalarında Ukrayna tərəfinin itkilərini nəzərə aldığını diqqətə çatdırıb.

"Biz bilirdik ki, döyüş meydanında itkilər olacaq. Bu, müharibənin acınacaqlı hissəsidir. Amma gördüyümüz kimi, ukraynalılar əvvəldən bunun öhdəsindən gəldilər", - Pentaqon təmsilçisi qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu